Firudin Məmmədov Təbriz konfransını müsbət dəyərləndirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i217537-firudin_məmmədov_təbriz_konfransını_müsbət_dəyərləndirdi
Azərbaycanlı fəal Təbriz Universitetində keçirilən İslam Ərazisi və Qarabağ konfransını müsbət dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2016 14:26 Asia/Baku
  • Firudin Məmmədov Təbriz konfransını müsbət dəyərləndirdi
    Firudin Məmmədov Təbriz konfransını müsbət dəyərləndirdi

Azərbaycanlı fəal Təbriz Universitetində keçirilən İslam Ərazisi və Qarabağ konfransını müsbət dəyərləndirib.

Firudin Məmmədov Səhər kanalı ilə müsahibədə deyib: Müxtəlif ölkələrdə bu kimi iclasların keçirilməsi Qarabağ münaqişəsinin həllində müsbət təsirə malik olacaq.

İslam Ərazisi və Qarabağ adlı elmi konfrans mayın 7-də Təbriz Universitetində Azərbaycandan gəlmiş ictimai və siyasi fəalların iştirakı ilə keçirilib.

Bu iclasda tanınmış politoloq Zərdüşt Əlizadə, Qarabağın Azadlığı Uğrunda İslam Müqaviməti hərəkatının sədri Rövşən Əhmədli, Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev və Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış ediblər.