Rəsmi Bakının islamçı məhbuslara qarşı təzyiqləri davam edir
Azərbaycan Respublikasındakı islamçı medialar bu ölkə məhbəslərində islamçı məhbuslara qarşı işgənclərin şiddətlənməsindən xəbər veriblər.
Cənub News internet portalının məlumatına görə, Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etiraz edən məhbuslardan olan Surac Ağayevin yaxın qohumları dünən bildiriblər ki, rəsmi Bakının bu məhbuslara qarşı işgəncləri hələ də davam edir.
Bu məlumata görə, Surac Ağayevin həbsindən uzun müddətin keçməsnə rəğmən, hələ də onun sındırılmış bir ayağı və qabırğaları sağalmayıb və həbsxana məmurlarının işgəncləri davam edir.
Bundan öncə də Azərbaycan Respublikasındakı 5 saylı CÇM məmurları Surac Ağayevin qollarını 33 gün müddətinə bağlı saxlamışdılar.
Surac Ağayevin qohumları deyirlər ki, bu məhbus gənc, xəstə məhbuslar üçün nəzərdə tutulmuş xüsusi mərkəzə köçürülüb və həbsxana məmurları hər gün onu bu mərkəzdə işgəncə edirlər.