Natiq Kərimov barəsində məhkəmə qərarı
Səbail rayon Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə qətimkan tədbirinin 2 ay uzadılması barədə qərar qəbul edib.
Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ozünə qarşı ittihamı qəbul etmir. Nardarana polis basqınından sonra reallılqları çatdıran yeganə şəxs, Natiq Kərimov idi.
Azərbaycan İslam Partiyası hesab edir ki, Natiq Kərimov barədə ittiham başadüşülən deyil.