Azərbaycanda 6 dindara hökm oxundu
Bu gün Sabunçu Rayon Məhkəməsində noyabrın 5-də "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısına toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib.
Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri.az xəbər verir ki, prosesdə dindarlara hökm oxunub və hər birinə 5-6 il iş verilib.
Rzayev Sahil Xalid oğlu - 6 il 5 ay 15 gün
Vəliyev Niftəli Əşrəf oğlu - 5 il 11 ay 10 gün
Əliyev Anar Yusif oğlu - 5 il 11 ay
Bünyadov Elvin Hatif oğlu - 6 il 1 ay 15 gün
Əhmədov Lətif Süleyman oğlu - 5 il 11 ay 20 gün
Osmanov Teymur Adilxan oğlu - 5 il 11 ay 15 gün
Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib."Report"un məlumatına görə, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.