Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i229774-natiq_cəfərlinin_həbsi_barədə_qərardan_apellyasiya_şikayəti_verilib
REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2016 10:44 Asia/Baku
  • Natiq Cəfərli
    Natiq Cəfərli

REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya Natiq Cəfərlinin vəkili vəkil Cavad Cavadlı bildirib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.