Azərbaycan İranla enerji sahəsində əməkdaşlığa hazırdır
-
Azərbaycan İranla enerji sahəsində əməkdaşlığa hazırdır
TANAP layihəsinin icraçı direktoru bu qaz kəməri vasitəsi ilə İran qazının Avropaya nəqli üçün Azərbaycan Respublikasının hazır olduğunu bildirib.
İRNA-nın verdiyi məlumata görə, Saltuk Düzyol bu gün İstanbulda keçirilən beynəlxaq enerji konfransında etdiyi çıxışında TANAP layihəsinin Türkiyəni enerji ticarətinin mərkəzinə çevirəcəyinə inandığını deyib və bu kəmərin digər ölkələrin istifadəsinə açıq olduğunu bildirib.
Düzyol deyib: Türkmənistan, İran və Aralıq Dənizinin şərq ölkələri də bu kəmər vasitəsi ilə Avropaya qaz icrac edə bilərlər.
S.Düzyol Türkiyə daxilində TANAP layihəsinin icra əməliyyatının sürətlə davam etdiyini xatırladıb və deyib: Bu qaz kəməri ildə 16 milyard kubmetr qaz nəql edə biləcək, eyni zamanda bu həcmin illik 31 milyard kubmetrə çatdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin enerji ehtiyatlarının Türkiyəyə və Avropaya nəqli üçün cənub qaz dəhlizi layihəsinin tərkib hissəsidir.