İyun 01, 2017 09:17 Asia/Baku
  • Gürcüstanda azərbaycanlı jurnalist oğurlanıb
    Gürcüstanda azərbaycanlı jurnalist oğurlanıb

Gürcüstanda azərbaycanlı müxalifətçi jurnalist naməlum şəxslər tərəfindən oğurlanıb.

FransPress-in verdiyi məlumata görə, Azərbaycan Respublikası dövlətinin müxaliflərindən olan jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov dünən Bakıda müxbirlərə deyib ki, onun müvəkkili gürcü dilində danışan mülki geyimli şəxslər tərəfindən oğurlanıb.

E.Sadiqov deyib: Onlar Əfqan Muxtarlını döydükdən sonra Azərbaycanın təhlükəsizlik qüvvələrinə təhvil veriblər. 

Muxtarlı sonra Azərbaycana köçürülüb və sonra 10 min avro pulu qeyri-qanuni surətdə ölkəyə köçürməyə cəhddə ittiham edilib.

Jurnalistin vəkili bu ittihamın tamamiylə saxta ittiham olduğunu vurğulayıb. 

Azərbaycan Respublikası prokurorluğu da bildirib ki, sözü gedən jurnalist sərhədi qeyri-qanuni keçərkən saxlanılıb. 

 Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə əlaqəli korrupsiya işi ilə bağlı araşdırma ilə məşğul olan Əfqan Muxtarlı Azərbaycanı tərk etdikdən sonra 2015-ci ildən Gürcüstanda yaşayırdı.

 

Teqlər