Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarət sazişi imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i281647-türkiyə_azərbaycan_və_gürcüstan_arasında_ticarət_sazişi_imzalanıb
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə Bakıda üç ölkə arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 06:28 Asia/Baku
  • Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarət sazişi imzalanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə Bakıda üç ölkə arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Türkiyə, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Mixail Janelidze və Elmar Məmmədyarov Bakıda keçirdikləri görüşdə 2017-2019-cu illər üzrə üçtərəfli həmkarlıq sazişi imzalayıblar.

Mövlud Çavuşoğlu mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı regionda iqtisadi sabitliyin və inkişafın qorunmasında çox mühüm rol oynayır.

Türkiyə və Azərbaycan Respublikası Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır və bu üç ölkənin ticarət dövriyyəsi yüz milyonlarla dollar təşkil edir.