Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i286715-azərbaycanda_benzinin_qiyməti_növbəti_dəfə_bahalaşdı
Azərbaycan Respublikasına xaricdən idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2017 07:58 Asia/Baku
  • Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı
    Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşdı

Azərbaycan Respublikasına xaricdən idxal edilən “Aİ-95” premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Bu barədə “Report” SOCAR-dakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Bildirilir ki, “Aİ-95” və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir.