Tiflis Qarabağın istiqlaliyyətini tanımır
Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisidə münaqişəli Dağlıq Qarabağ məntəqəsindən olan rəssamların əsərlərinin sərgiləndiyi bir rəsm sərgisinin keçirilməsinə Azərbaycan Respublikasının reaksiyasından sonra bu sərginin şəxsi təşəbbüs olduğunu və Gürcüstanın heç bir rəsmi organının onun təşkilində iştirak etmədiyini bildirib və vurğulayıbdır ki, Tiflis Qarabağın müstəqilliyini tanımamaqda davam edir.
Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda sonra deyilir ki, bu sərgidə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə xələl gətirə biləcək bir məsələ yoxdur.
Münaqişəli Dağlıq Qarabağ məntəqəsindən olan rəssamların əsərlərinin sərgisi Tbilisi şəhərindəki erməni kilsəsinin tabeliyində olan "Ayarton" Mərkəzində və Ermənistandan kənarda olan erməni icmalarının işləri nazirliyinin həmkarlığı ilə keçirilir. Bu sərgi dekabrın 20-dək davam edəcək.
1992-1994-cü illərdə Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi münaqişələr nəticəsində Dağlıq Qarabağ məntəqəsi və Azərbaycan Respublikasının yeddi digər rayonu Ermənistan qoşunlarının nəzarətinə keçdi. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin xarici ölkələrdə fəaliyyətini qanunsuz və Bakının mərkəzi hökumətilə əlaqələndirilməmiş məsələ hesab edir.