Azərbaycan Gürcüstana investisiya qoyur
https://azeri.sahartv.ir/news/azərbaycan-i297847-azərbaycan_gürcüstana_investisiya_qoyur
Azərbaycanın iqtisadiyyat naziri ölkəsinin Gürcüstana 3 milyard dollar həcmində investisiya qoymasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 07:14 Asia/Baku
  • Azərbaycan Gürcüstana investisiya qoyur

Azərbaycanın iqtisadiyyat naziri ölkəsinin Gürcüstana 3 milyard dollar həcmində investisiya qoymasından xəbər verib.

İRNA-nın məlumatına görə, Şahin Mustafayev çərşənbə axşamı Tiflisdə Gürcüstanın daxili işlər, iqtisaidyyat və davamlı inkişaf nazirləri ilə görüşdə Gürcüstanda 1300 Azərbaycan şirkətinin qeydiyyata alınmasına işarə edərək, Azərbaycanın Gürcüstandakı sərmayə qoyuluşunun həcmini təqribən 3 milyar dollar elan edib. 

Azərbaycanın iqtisadiyyat naziri həmçinin deyib: Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 17%-lik artıma malik olub.