Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i314132-bakıda_r.novruzzadənin_məhkəməsi_keçirilib
Qum universitetində ilahiyyat və hüquq tələbəsi olan azərbaycanlı Ruhullah Novruzzadənin məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2018 13:39 Asia/Baku
  • Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib
    Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib

Qum universitetində ilahiyyat və hüquq tələbəsi olan azərbaycanlı Ruhullah Novruzzadənin məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilib.

İislamazeri.az portalının verdiyi  məlumata görə, üç ilə yaxındır Azərbaycana girişinə qadağa qoyulan ilahiyyatçı və Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Ruhullah Novruzzadənin məhkəməsi keçirilib. Məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Tahirə Əsədovanın sədrliyilə Ruhullah Novruzzadənin ailəsinin Azərbaycan Dövlət Sərhəd Xidmətinə qarşı məhdudiyyətin ləğv edilməsi tələbi əsasında şikayəti əsasında keçirilib.

Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadənin ailəsi məlumat verib.

Məlumata görə, məhkəmə işin Suraxanıya göndərilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır.