Qarabağda koronavirusa yoluxanların sayı 24-ə çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361823-qarabağda_koronavirusa_yoluxanların_sayı_24_ə_çatıb
Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha 4 nəfərin koronavirusa yoluxduğu bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2020 22:45 Asia/Baku
  • Qarabağda koronavirusa yoluxanların sayı 24-ə çatıb

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha 4 nəfərin koronavirusa yoluxduğu bildirilir.

SəharAzəri xəbər verir, Armenpress Xəbər Agentliyi Qarabağ İnformasiya Mərkəzinə istindla Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha 4 nəfərin koronavirusa yoluxduğunu bildirir.

Mərkəzin məlumatına əsasən, ümimilikdə bu genədək 24 erməninin koronavirusa yoluxması təsdiqlənir. 30 testin isə nəticəsi yaxın zamanlarda açıqlanacaq. 

Məlumatda deyilir ki, koronavirusa yoluxmuş şəxslərin ailələri karantinə alınıb və onların sayı 62 nəfərdir. 

Dağlıq Qarabağda, eləcə də Ermənistanda diaqnoz imkanlarının zəif olduğuna xatir yoluxanların real sayının bundan bir neçə dəfə çox olduğu istisna edilmir.