İyul 05, 2020 19:47 Asia/Baku
  • Azərbaycanda koronavirusa daha 523 nəfər yoluxub, 451 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Teqlər