Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində ərzində atəşkəs rejimini 91 dəfə pozub.
SəhərAzəri yerli mediayaya istinadla xəbər verir, Azərbaycan respublikası Müdafiə Nazirliyindən Azərbaycan-Ermənistan sərhəd bölgəsindəki son olaylarla bağlı durumu izah edib.
Nazilik bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Azərbaycan respublikası Müdafiə Nazirliyi həmçinin Bildirilib ki, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Azərbaycan respublikası Müdafiə Nazirliyi Erməni qüvvələrinin cavab atəşi ilə susdurulduğunu, əməliyyat şəraitinin Azərbaycan bölmələrinin tam nəzarəti altında olduğunu da vurğulayıb.