İyul 20, 2020 15:34 Asia/Baku
  • Azərbaycan Republikasından Serbiyaya etiraz

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı, rəsmi Belqraddan izahat tələb olundu.

Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
SəhərAzəri Bakı mediasına istinadla bildirir, Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumata görə Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə  silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib.
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və  Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bu xüsusda, 2013-cü ildə  iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planını imzalanıb.

Teqlər