Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i364903-azərbaycanda_son_sutkada_369_nəfər_covid_19_a_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2020 16:04 Asia/Baku
  • Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

Image Caption