Azərbaycan R-nın Dağlıq Qarabağ bölgəsinda koronavirusdan ilk ölüm halı qeydə alınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i365150-azərbaycan_r_nın_dağlıq_qarabağ_bölgəsinda_koronavirusdan_ilk_ölüm_halı_qeydə_alınıb
Azərbaycan Respublikasının işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2020 09:13 Asia/Baku
  • Azərbaycan R-nın Dağlıq Qarabağ bölgəsinda koronavirusdan ilk ölüm halı qeydə alınıb

Azərbaycan Respublikasının işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.

Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.

Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.