Türkiyənin bir qrup həkimi Azərbaycan Respublikasına daxil olub
Türkiyə koronavirusla mübarizədə Azərbaycan Respublikasının həkimlərinə yardım etmək məqsədilə bu ölkəyə bir qrup mütəxəssis həkim və tibbi personel göndərib.
SəhərAzəri xəbər verir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, həkim briqadasına Türkiyənin "Acıbadam" xəstəxanasında koronavirusla mübarizə sahəsində çalışan mütəxəssis həkimlərlər daxildir və Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Bəynəlxalq bankının maliyyə dəstəyilə bu ölkəyə daxil olublar.
Türkiyənin həkim briqadası koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş Bakının Yeni Klinikasında yerləşib və koronavirus xəstələrinin müalicəsində Azərbaycan Respublikasının həkimlərilə əməkdaşlıq edəcəklər.
Bundan əvvəl Azərbaycan Respublikasının prezidentinin sərəncamı və bu ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə koronavirusa yoluxmuş şəxslərin müalicəsində yardım etmək üçün Çin, Rusiya, Kuba və Türkiyədən mütəxəssis həkimlər bu ölkəyə gəliblər.
Son statistikaya əsasən, Azərbaycan Respublikasında indiyədək koronavirusa yoluxanların ümumi sayı 30 min 446 nəfərə çatıb, 22 min 684 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər isə həyatını itirib.