Azərbaycanda son sutkada 4 nəfər COVID-19-dan ölub.
https://azeri.sahartv.ir/news/azərbaycan-i365678-azərbaycanda_son_sutkada_4_nəfər_covid_19_dan_ölub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 15:39 Asia/Baku
  • Azərbaycanda son sutkada 4 nəfər COVID-19-dan  ölub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan  29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.