Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i366183-gürcüstanın_azərbaycanla_ticarət_dövriyyəsi_azalıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 07:02 Asia/Baku
  • Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15,3% azalıb.