Avq 29, 2020 10:42 Asia/Baku
  • Bir gündə 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb

Bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Səhər Azəri bildirir ki, bu məlumatı avqustun 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 35986 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 33461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1998 nəfərdir”.

Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 6014, hazırkı dövrədək isə 904506 test aparılıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Teqlər