Sen 12, 2020 17:52 Asia/Baku
  • Azərbaycanda 135 nəfər koronavirusa yoluxdu, 167 nəfər sağaldı, 2 nəfər dünyasını dəyişdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2 006 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 351, bu günə qədər isə ümumilikdə 1 002 727 test icra olunub.

Teqlər