Əliyev Cəbrayılın azad edildiyini bildirib
Okt 04, 2020 19:07 Asia/Baku
Azərbaycan Respublikasının prezidenti bu gün 27 il Ermənistan qüvvələrinin nəzarəti altında olan Cəbrayılın azad edildiyini bildirib.
SəhərAzəri xəbər verir, İlham Əliyev öz şəxsi Twitter səhifəsində yazıbdır ki, Cəbrayıl rayonunun mərkəzi və onun ətrafındakı bir neçə kənd Azərbaycan Respublikası qüvvələri tərəfindən azad edilib.
Cəbrayıl şəhəri Azərbaycan Respublikasının paytaxtı- Bakının cənub-qərbindən 336 kilometr aralıda, Dağlıq Qarabağ bölgəsinin cənubunda və İran İslam Respublikası ilə sərhəddə yerləşir.
Azərbaycan Respublikası qüvvələrinin Cəbrayıla nəzarəti 1993-cu ildən erməni qüvvələrin nəzarətində olan Füzuli rayonunun mərkəzi ilə əlaqənin kəsilməsinə son qoyur.