Dağlıq Qarabağın bəzi bölgələri azad edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i368030-dağlıq_qarabağın_bəzi_bölgələri_azad_edilib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: "Cəbrayıl rayonunun bir neçə kəndi strateji yüksəkliyi və kəndlər işğaldan azad edilib".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2020 06:05 Asia/Baku
  • Dağlıq Qarabağın bəzi bölgələri azad edilib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: "Cəbrayıl rayonunun bir neçə kəndi strateji yüksəkliyi və kəndlər işğaldan azad edilib".

SəhərAzəri xəbər verir, İlham Əliyev öz Tvitter səhifəsində yazıb: "Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcanlı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib".

"Azərbaycan ordusunun Qarabağdakı uğurlu hərbi əməliyyatları davam edir", -deyə Azərbaycan Respublikası prezidenti əlavə edib.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının paytaxtı Bakının cənub-qərbində və ondan 336 kilometr məsafədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin cənubunda yerləşir və İran İslam Respublikası ilə həmsərhəddir.