“Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”
https://azeri.sahartv.ir/news/azərbaycan-i368076-ermənistanın_bakı_tbilisi_ceyhan_boru_kəmərinə_hücum_cəhdləri_boşa_çıxıb
Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2020 05:40 Asia/Baku
  •  “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.