Azərbaycan Respublikasında COVID-19-a yoluxma sayı artıb
Okt 09, 2020 23:25 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 41 519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.