Azərbaycan Respublikasında koronavirusa daha 233 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i368224-azərbaycan_respublikasında_koronavirusa_daha_233_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2020 19:08 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 233 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1 909 nəfərdir.