Azərbaycan Respublikasında koronavirusa daha 277 nəfər yoluxub
Okt 13, 2020 22:55 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 42 381 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.