Okt 18, 2020 22:07 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 647 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 44 964 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib, aktiv xəstə sayı 4 301 nəfərdir.

Teqlər