Qarabağda döyüşlər davam edir
Okt 25, 2020 19:12 Asia/Baku
Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ bölgəsi üstündə gedən döyüşlər özünün iyirmi doqquzuncü gününə daxil olub.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün bir bəyanatda bildiribdir ki, Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində ön cəbhə xəttində hərbi əməliyyatların həyata keçirilməsilə Ermənistan ordusunun möqelərinə hücumlar davam edir.
Bəyanatda deyilir: Azərbaycan Respublikası ordusunun qüvvələri Xocavənd, Qubadlı və Laçın istiqamətlərində Ermənistan ordusunun müqavimətini qıraraq, müxtəlif istiqamətlərdə yeni mövqelərə doğru irəliləməkdədirlər.