Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhədə olan son vəziyyətlə bağlı məlumat yayıb
Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan silahlı bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Məlumatda, sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistanın xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib, sıradan çıxarıldığı bildirilir.