Noy 13, 2020 00:31 Asia/Baku
  • Azərbaycan Respublikasının əsgərləri Şuşa məscidində namaz qılıb

Azərbaycan Respublikasının tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.

SəhərAzəri xəbər verir, videoda Şuşa məscidinin minarəsində Azərbaycan Respublikasının bayrağının asıldığı və bu ölkə hərbiçilərinin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.

Videonu çəkən hərbçi “şükürlər olsun” deyərək məscidə daxil olur.

Qeyd edək ki, 28 ildən sonra noyabrın 11-də Şuşada ilk dəfə azan oxunub.

Teqlər