Noy 18, 2020 10:08 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 2075 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasının səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxanların sayının artması və ümumölkə tətilinin geri dönməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah çərşənbə axşamı günü bildiribdir ki, öncəki sutka ərzində bu ölkədə iki min 75 nəfər koronavirusa yoluxubdur.

Bu məlumata əsasən, Azərbaycan Respublikasında həmin sayda yeni COVID-19 yoluxması ilə bu virusa yoluxanların sayı 79 min 158 nəfərə çatıb. Həmçinin koronavirus nəticəsində daha 20 nəfərin vəfat etməsilə bu ölkədə həmin virusdan ölənlərin sayı min beş nəfərə yüksəlibdir.

Azərbaycan Respublikasının səhiyyə nazirliyi bu ölkədə koronavirusdan sağalanların miqdarını isə 56 min 894 nəfər elan edibdir.

Teqlər