Yan 14, 2021 13:55 Asia/Baku
  • Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb

13 yanvar 2021-ci il tarixində Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.

SəhərAzəri xəbər verir, bu barədə Azərbaycan Respublikasının XİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, görüşdə nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan Xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb.

Nazir Şah Mahmud Qureşi də bu görüşdə Azərbaycan torpaqlarının qanunsuz işğaldan azad olunması münadibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib.

Nazirlər, habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Teqlər