Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib
“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir”.
SəhərAzəri xəbər verir ki, bun Az. R. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.
K. Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin Ermənistan tərəfindən birbaşa pozuntusu sübut etməyə nail olmaqdır: “Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AHİM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var. Yekun olaraq, onu da qeyd etməliyəm ki, dövlətlərarası ərizənin hazırlanmasında Azərbaycan tərəfindən tanınmış və çox peşəkar hüquqşünaslar iştirak edib”.