Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü təxirə salınıb
Fev 18, 2021 14:39 Asia/Baku
Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü təxirə salınıb.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri baş nazir Giorgi Qaxariyanın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.
Gürcüstan hökuməti bu gün tam tərkibdə istefa verib.