Bakıya bir ayın yağıntısı bir gündə yağıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i373675-bakıya_bir_ayın_yağıntısı_bir_gündə_yağıb
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib: "Qarın ən kəskin dövrü geridə qaldı"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 15:46 Asia/Baku
  • Bakıya bir ayın yağıntısı bir gündə yağıb

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib: "Qarın ən kəskin dövrü geridə qaldı"

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.