Belarus prezidenti Azərbaycana səfər edib
Belarus prezidenti Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası prezidenti ilə qeyri-rəsmi görüş keçirib.
SəhərAzəri xəbər verir kia. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfər proqramı İlham Əliyevlə qeyri-rəsmi görüşlə başlayıb və 5 saat davam edib.
Məlumata görə, bu səfərdə Belarusun nəqliyyat naziri də Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əməkdaşlıqların genişləndirilməsi vacibliyi qeyd olunub və "Azal" aviaşirkəti tərəfindən Bakı-Minsk-Nyu-York reyslərinin həyata keçirilməsi təklif olunub.
Tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Belarus arasında,koronavirus pandemiyasından əvvəlki səviyyədə müntəzəm uçuşların bərpa olunmasının vacibliyini vurğulayıblar.