Avropa Şurasının Baş katibi 10 noyabr anlaşmasını alqışladığını bəyan edib
"Biz ölkələr haqqında yox, ölkələrlə danışmalıyıq. Bəzən bunun ikisini də etmək lazım olur. Ancaq bir ölkə ilə ən yaxşı əlaqə qurmaq dialoq vasitəsilə mümkündür.
SəhərAzəri APA-y istinadən xəbər verir ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç yaz sessiyasının bu gün keçirilən iclasında deyib: Bu bizim qurumun əsas iş prinsipidir və ən çətin zamanlarda bu yanaşmadan istifadə edilməlidir. Dağlıq Qarabağ məsələsində də Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətdə ən mühüm şey dialoqdur".
O, ötən ilin noyabrında imzalanmış atəşkəs anlaşmasını alqışladığını bildirib."Hazırda mühüm şeylərdən biri sazişdən sonra tərəflərin bir-birinə hörmət etməsi və bundan sonra uzunmüddətli sülhün əldə olunması üçün çalışılmasıdır. Bunda da inam ən əsas amillərdən biridir", - deyə Baş katib vurğulayıb.
Qeyd edək ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında atəşkəs anlaşması imzalanıb.