S.Lavrov İrəvandan Moskvaya qayıtdıqdan sonra Bakiya gələcək
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfər edəcək.
SəhərAzəri xəbər verir, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Sergey Lavrov 5-6 may tarixlərində Ermənistan paytaxtı Yerevana, 10-11 may tarixlərində Azərbaycan paytaxtı Bakıya səfər edəcək", - deyə Zaxarova qeyd edib.
O qeyd edib ki, Lavrov mayın 12-də Moskvada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş ilə görüş keçirəcək.
S.Lavrovun Ermənistan və Azərbaycan Respublikasına səfərləri arasındakı bir neçə günlük fasilə bəzilərinin diqqətini çəkib. Politoloq Elxan Şahinoğlu Lavrovun Ermənistandan Moskvaya qayıtması və bir neçə gündən sonra Azərbaycan Respublikasına gəlməsinə toxunaraq, "nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək?" sualını ortaya atır və buna belə cavab verir: Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var.
Ekspertlərə görə, Rusiya sülhməramlılarının fəaliyyəti barədə ciddi narazılıqların formalaşması, eyni zamanda Şuşada aşkar edilən "İskəndər M" raketlərinin qalıqları barədə Rusiyadan rəsmi cavab tələb olunmasından sonra S.Lavrovun Bakıya səfəri xüsusi əhəmiyyət daşıyır.