May 03, 2021 11:21 Asia/Baku
  • Bu gün Azərbaycanda ikinci Qədr gecəsi və imam Əlinin(ə) şəhadəti gecəsidir

Bu gecə qədr gecəsi və şiələrin birinci imamı Həzrət İmam Əlinin(ə) şəhadəti axşamıdır.

SəhərAzəri-nin məlumatına görə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir. 

Sabah ramazan ayının 21-i şiələrin 1-ci imamı əmirəlmöminin Əlinin(Ə) şəhid olduğu günə təsadüf edir. Məhz buna görə ikinci qədr gecəsinin əhya mərasimləri həm də İmam əlinin(ə) şəhadətinin ildönümünün qeyd olunması ilə yanaşı olur.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. 

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Teqlər