İyun 30, 2021 10:35 Asia/Baku
  • Ermənilərin cinayətlərinə baxılır

Bu gün Azərbaycan Respublikasında ermənilərin cinayətləri üzrə məhkəmə iclasları keçirilir

Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə vermis iki erməni yaraqlı, üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazilərinə keçərək cinayət törətmiş silahlı birləşmənin daha bir qrupu, elə cə də Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş bir Rusiya vətəndaşına qarşı məhkəmə prossesi davam etdirilir.  

Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş 2 erməni yaraqlısının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Həmin şəxslər 2020-ci il oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilmişdir.

Bu gün həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcəkdi ancaq həmin iclasın tarixi sabaha dəyişdirilib.

Sözü gedən silahlı birləşmənin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərindən 13 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikası ərazisində cinayət işləri ilə məşğul olublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində həmçinin Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş bir Rusiya vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

Teqlər