İyul 10, 2021 14:12 Asia/Baku
  • Azərbaycan Respublikası əsgərlərinin taleyi necə olacaq?

Qərb dövlətlərinin Əfqanıstana hərbi müdaxilə çağırışlarına qatılan Azərbaycan Respublikasının 120 nəfərlik hərbçisi indi həmin ölkələrin Əfqanıstandan çıxmaq qərarından sonra çətin durumdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanda dırnağarası sülhməramlı missiyada iştirak etmiş ABŞ, Almaniya və digər dövlətlər öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayıblar. Eyni zamanda taliblərin dövlət qüvvələrinə qarşı hücumları genişləndirməsi və ölkənin vilayətlərini biri-birinin ardınca öz nəzarətinə alması Əfqanıstanda əcnəbi hərbçilərin təhlükəsizliyi məsələsini ciddi şübhə altına alıb.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev də xəbərdarlıq edərək bildirib ki, Azərbaycan sülhməramlıları təcili Əfqanıstandan çıxarılmalıdır.

“Ötən ilin sonunda biz parlamentdə Əfqanıstanda səfirliyimizin açılması ilə bağlı qanun qəbul etdik. O zaman da qeyd etdim ki, bu, çox risklidir. Amma indi ABŞ Əfqanıstandakı 20 illik fəaliyyətinə son qoyur, ölkəni tərk edir. Artıq bir neçə gün bundan öncə Çin də öz vətəndaşlarını təcili Əfqanıstanı tərk etməyə səslədi. Azərbaycanın da Əfqanıstanda 120 nəfərlik sülhməramlı missiyası var. Hesab edirəm ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu məsələni təcili şəkildə Müdafiə Nazirliyi ilə müzakirə etməli və Ali Baş Komandana müraciət edilməlidir. Nə qədər gec deyilsə, bizim sülhməramlılar Əfqanıstandan çıxarılmalıdır. Hökumət artıq Əfqanıstanın bütün kənar bölgələrinə nəzarəti itirib. Hər gün daha çox ərazilər “Taliban”ın nəzarətinə keçir."-deyə millət vəkili deyib.

Bəs görəsən Mili məclis nəyi gözləyir? Əfqanıstandakı gərginliklərin kulminasiya vaxtında azərbaycanlı əsgərlərin geri çağırılması üçün niyə təşəbbüs irəli sürülmür?

Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov SəhərAzəri Televiziya Kanalına verdiyi müsahibədə bunun səbəbini, azərbaycanlı əsgərlərin Türkiyənin üzərinə qoyulmuş missiyada iştirakı ilə izah edib. T.Zülfüqarov bildirib ki, azərbaycanlı hərbçilər Türkiyənin Əfqanıstandakı hərbçiləri tərkibində olduqlarına görə Türkiyənin Kabil hava limanının təhlükəsizliyini mühafizə missiyasını öz öhdəsinə götürdüyünü nəzərə alaraq, azərbaycan əsgərləri də həmin misiyada iştirak etməli olacaq.

 

 

Teqlər