İyul 26, 2021 10:05 Asia/Baku
  • Şeyxin bəyanatında böyük həqiqət var

Azərbaycanlı jurnalist Şeyxülislam Paşazadənin İranla bağlı dediklərinin həqiqətə uyğun olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyada yaşayan mühacir jurnalist Cavid Cabbarlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri Mücahit Küçükyılmaz İranı Ermənistana silah verməkdə açıq şəkildə ittiham edib. Bu, sıradan bir məsələ deyil. Cənab Küçükyılmaz ittihamını əsaslandırmalıdır. Əks halda iki müsəlman dövlətin arasında ziddiyyət yarana bilər. Əlbəttə ki, İran böyüklüyünü qoruyacaqdır. Lakin dövlət adamlarının belə qeyri-ciddi tviti Türkiyəni dönüşü olmayan yola sürükləyir.

Qafqaqz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin bir neçə gün əvvəl maraqlı və ciddi bəyanat verməsinə toxunan azərbayvanlı jurnalist öz feysbuk paylaşımında qeyd edir ki, Şeyxin bəyanında böyük həqiqət var. Ona görə də dərhal Şeyx haqqında məntiqsiz və mənasız ittihamlar başladı.

Müəllif hesab edir ki, Şeyxə olan hücumların eyni mənbədən tənzimləndiyi əslində şübhə doğurmurdu. Ərdoğanın köməkçisinin tviti bütün pərdələri aradan götürdü. Bu zaman maraqlı sual ortaya çıxır: AKP nədən narahatdır?

1. Azərbaycan xalqının ayılmasından; illərdir ki, xalq aldadılır, həqiqət yerinə yanlış ünvanlar göstərilir.

2. Azərbaycan-İran xalqlarının yaxınlaşmasından; Bu hal başda İsrail olmaqla, bir çox qüvvələri narahat edir. İki qardaş xalqın yaxınlaşmasına Türkiyə vasitəsilə əngəllər yaradılıb və yaradılır.

3. Azərbaycan xalqının sərvətinin əldən çıxmasından; Türkiyə, İsrail və bir çox güclər Azərbaycanın sərvətini somurmaqla məşğuldur.

Müəllifin qənaətincə bütün bu səbəblər Türkiyəni narahat edir. Azərbaycan xalqı ayıqlığını itirməməlidir..!

 

Teqlər