İyul 27, 2021 13:49 Asia/Baku
  • “Fətva siyasi deyil, dini bir anlayışdır”

QMİ sədri Şeyxül-islam Allahşükür Paşazadənin Təzəpir məscidində Qurban bayaramı namazından sonra etdiyi duada Azərbaycan Respublikası müsəlman xalqı adından İrana təşəkkür etməsi, islam inqilabının aliməqamlı rəhbəri Həzrət Ayətullahlül-üzma Xameneinin “Qarabağ islam torpağıdır” fitvasını Azərbaycanın qələbəsinin carçısı adlandırması, məlum mərkəz və şəxsəri son dərəcə qəzəbləndirib və QMİ sədrinə qarşı informasiya məkanında qərəzli hücumlara səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, QMİ sədrinə qarşı ittihamlara cavab olaraq QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, ilahiyyatçı alim Hacı Şahin Həsənli bu ittihamları əsassız və yanlış adlandırıb.

Hacı Şahin Həsənli Allahşükür Paşazadənin ünvanına səsləndirilən fikirlərin artıq tənqid deyil, Şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdid olduğunu deyib.

İlahiyyatçı alim qələbənin Azərbaycan əsgərinin şücaəti və əzmi və xalqın Ali Baş Komandanın ətrafında birləşməsi ilə əldə olunduğunu xatırladıb və deyib: “ Bununla belə, digər ölkələrin bizimlə həmrəy olması, dəstək verməsi bizim haqlı mövqeyimizin beynəlxalq müstəvidə təsdiqi anlamına gəlir. Biz qonşularımızla, xüsusilə müsəlman ölkələri ilə, dostluq və qardaşlıq içində yaşamalıyıq. Bundan dövlətimiz və xalqımız yalnız qazanacaq".

Din xadimi Hacı Şahin Həsənli Həzrət Ayətullahlül-üzma Xameneinin “Qarabağ islam torpağıdır” fitvasına qərəzli yanaşmalara da münasibət bildirib: “Fətva siyasi deyil, dini bir anlayışdır. Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir.”- deyə Hacı Şahin Həsənli bildirib.

Teqlər