Avq 01, 2021 11:45 Asia/Baku
  • Lənkəranda inanclılara qarşı zorakılıq: Saxlanılanlar var

Lənkəranda Qədir-Xum bayramını keçirən dindarlardan bir qrupu həbs edilib.

SəhərAzəri-nin Rakurs TV-yə istinadən verdiyi məlumata əsasən, saxlanılanların yaxınları bildirir ki, Əli Rzayev və İlqar Əzimzadə 20 sutka, Əli Məmmədov ilə Şəhriyar Rzayev isə 18 sutka inzibati həbs cəzası alıblar.

Hadisə iştirakçılarının dediynə görə, İlqar Əzimzadənin evində Qədir-Xum günü münasibətilə təşkil olunan mərasimə müdaxilə onların təhqiri və döyüməsi ilə müşahidə olunub.

Bundan sonra iştirakçıların hamısı polis təzyiqi altında maşınlara mindirilərək baş idarəyə aparılıblar.

Yaranan səs-küyə yığılan ətraf qonşular polisin sərt davranışına etiraz etsələr də, onlar da kobud müdaxilə ilə qarşılaşıblar.

Gecə fiziki zor tətbiq edilərək saxlanılan şəxslərin böyük əksəriyyəti iyul ayının 30-u tarixində polis idarəsindən buraxılsa da, İlqar Əzimzadə, Əli Məmmədov, Əli Rzayev və Şəhriyar Rzayev saxlanılıblar.

Polis idarəsində onlara cinayət məcəlləsinin xuliqanlıq, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması maddələri ilə iş açılaraq məhkəməyə göndərilib.

Teqlər