Avq 02, 2021 11:31 Asia/Baku
  • Azərbaycan Rusiyaya nota verib

Dünən Rusiya Federasiyası (RF) səfirliyinin Azərbaycanda müvəqqəti işlər vəkili Azrəbaycanın Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan XİN-in yaydığı  Məlumata görə, görüş zamanı RF Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyinin və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb, Jirinovskinin münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Məlumatda deyilir ki, sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosuna müsahibəsində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gəginliklərin təhlili zamanı Rusiyanın artıq Rusiya imperiyasını və Sovet İttifaqını bərpa etməli olduğunu vurğulayıb. Cənubi Qafqaz bizim təsir dayirəmizdədir deyən Jirinovski Azərbaycan Respublikası iqtidarını diktatorluqda günahlandırıb. O ABŞ prezidenti Co Baydenin istəsə İlham Əliyevi iki həftə ərzində devirə biləcəyini iddia edib və belə bir durumda sadəcə Rusiyanın Azərbaycan prezidentini xilas edə biləcəyini xatırladıb. Rusiyalı deputat Azərbaycanla müharibədə məğlubiyyətə görə xiyanətdə ittiham olunan Ermənistan baş naziri Nikol Paşiniyanı da Rusiyanın qurtardığını deyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Vladimir Jirinovskinin bu açıqlamasına görə Rusiyaya nota verməsindən sonra da Jirinovski susmayıb. O Azərbaycan Rəhbərliyini söz azadlığından xəbərsiz olmaqda ittiham edib.

Bu ilk dəfə deyil ki. RF dövlət dumasının bu deputatı Azərbaycan Respublikasına qarşı belə sərt bəyanatlar verir. Ancaq onun son müsahibəsi Azərbaycan Respublikasında həm dövlət səviyyəsində həm də ictimaiyyətdə geniş reaksiyalara səbəb olub.

"Jirinovki sifarişlər yerinə yetirməklə pul qazanır. Laqqırtılarına reaksiya verməklə onun reytinqini qaldırırıq. Niyə? Klounu iqnor etmk lazımdır." Bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya LDP-nın lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı sözlərinə cavab olaraq deyib.

Amma Tofiq Zülfüqarovun əksinə olaraq Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirən Rusiyada illər boyu hakim vəzifəsində işləmiş hüquqşünas Aslan İsmayilov Jirinovskinin son açıqlamasına bu kimi yanaşmaları səhv hesab edir. O  konkret.az-da dərc olunan yazısında bildirib:   

"Qətiyyətlə deyirəm ki, V.Jirinovskinin səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinə təhdid idi və bunu Rusiya hakimiyyəti adından səsləndirirdi."

 

 

Teqlər