Avq 03, 2021 09:44 Asia/Baku
  • Ərəstun Oruclu: Moskva Azərbaycanı təhdid edir

Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal-Demokrat Partiyasının sədri tərəfindən səsləndirilən fikirlər azərbaycanlı siyasətçiəri hiddətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, ABŞ-da mühacirətdə yaşayan Ərəstun Oruclu bu barədə feysbuk üzərindən yaydığı paylaşımda bildirib ki, Jirinivski bölgənin, o cümlədən də Azərbaycanın SSRİ və Çar dövründə olduğu kimi Rusiyanın nəzarətinə qaytarılmasının vacibliyini iddia edir. Onun səsləndirdiyi iddiaların kimdən və haradan qaynaqlandığını tapmaq isə bir o qədər də çətin deyil. "Müxalifətçi danışman" kimi çıxış edən həmin b şəxs adətən ya Kremlin, ya da Rusiya hərbi-sənaye kompleksinin mesajlarını çatdırmaqla məşğuldur. 

Politoloqun sözlərinə görə, onun səsləndirdiyi fikirlər SSRİ-ni bərpa etmək paranoyasına düçar olmuş Putinin siyasətinin tərkib hissəsidir. Bununla da Moskva Azərbaycanı təhdid edir və bu da səbəbsiz deyil. Çünki bölgədə yaranmış vəziyyət Moskva üçün öz geosiyasi hədəflərinə çatmağı çətinləşdirib. 

Ərəstun Oruclu xəbərdarlıq edib ki, Jirinovskinin "Rusiya müdafiə etməzsə ABŞ-ın Əliyevi qısa zamanda devirə biləcəyi" haqda xəbərdarlığı və bölgədəki Rusiya əsgərlərinin təhlükəsizliyi barədə dedikləri də olmayan ağlını itirmiş demaqoqun boşboğazlığı kimi qəbul edilməməlidir. Jirinovski İlham Əliyevə diktator deyib və buna görə də rəsmi Bakı qəzəblənərək Rusiyaya etiraz notası verib.

Qeyd edək ki, Kremlə yaxınlığı ilə seçilən Jiriniovski vaxtaşırı postsovet respublikalarını aşağılayır və onların Rusiyaya birləşməsini tələb edir.

Rusiya Prezidenti Vladimir Putin bu il aprelin 25-də bu qalmaqallı siyasətçinin 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Teqlər