Avq 14, 2021 11:48 Asia/Baku
  • Söyüş və təhqir ruslara yaman təsir edib

Jirinovskinin Azərbaycanı aşağılamasına cavab olaraq sabiq diplomat İsfəndiyar Vahabzadənin rusları təhqir etməsi birmənalı qarşılanmır.

 SəhərAzəri-nin məlumatına əsasən, tanınmış jurnalist Mirşahin Ağayevin və deputat Rasim Musabəyivun sabiq diplomatı Rusiyanın xətrinə dəydiyinə xatir sərt şəkildə tənqid etmələrinin ardınca bir sıra politoloqlar da onun müdafiəsinə qalxaraq Rusiyadan qorxmamağı tövsiyə ediblər.

Politoloq Mübariz Göyüşlü bu barədə yazdığı məqalədə bildirib: Öyrəşiblər özbaşnalığa, ürəkləri istədiyini etməyə. Layiqli cavablar şillə kimi tutur onları. 200 ildən çoxdur başımıza hər oyun açdılar. Artıq yetər. Hər addımın hansısa formada cavabı olmalıdır.

Politoq, Vahabzadəni qınayan yerli ekspetrtlərə səslənərək qeyd edir: Sovet köləliyindən, rus qorxusundan qurtula bilməyən azərbaycanlılar... Narahat olmayın, indi 1920-ci il deyil. Rusiya Azərbaycanı işğal edə bilməz. Oktyabrda müstəqilliyimizin 30 ili tamam olur. Bu qədər müddətdə sizlər hələ də Rusiya qorxusuyla yatıb-durursunuz. Üstəlik kölə ruhunuzu və qorxularınızı cəmiyyətə də aşılamağa çalışırsınız. Rusiya Dumasının vitse-spikeri, partiya lideri Azərbaycan xalqını təhqir edə bilər, amma bizim işsiz diplomatımız ona cavab verə bilməz?

Deputat Fazil Mustafa isə Yeni Sabah qəzetində dərc olnmuş yazısında Vahabzadəni milli qəhrəman adlandırıb. Məqalədə deyilir:

Qəribə heç nə yoxdur. Jirinovski özünəməxsus formada tərbiyəsizlik edib, Vahabzadə də özünəməxsuz formada tərbiyəsiz cavab verib. Küçə savaşının bütün qaydalarına əməl olunub. Ardınca qurşaqdanaşağı zərbələr gələcək: 50 illik deport, məhkəmə və bir neçə dəfə təkrarlanacaq Solovyov şousu. Bir həftədən sonra unudulub gedəcək. Türkiyənin Rusiya təyyarəsini vurduğundan daha dəhşətli bir şey baş verməyib ki!? 

Deputat öz məqaləsinin sonunda adını çəkmədən Mirşahinin İsfəndiyar Vahabzadə ilə bağlı mövqeyini qınayıb. “Bu məsələyə münasibət bildirərkən xalq şairi Bəxtiyar Vahabzadə adına qarşı hər hansı hörmətsizlik yolverilməzdir”- deyə Fazil Mustafa yazır.

Qeyd edək ki, Mirşahin avqustun 13-də Yeni Müsavat qəzeti üçün yazdığı məqalədə İsfəndiyar Vahabzadənin ünvanına ağır sözlər yağdırıb və xalq şairi mərhum Bəxtiyar Vahabzadəyə istinad etməklə İsfəndiyarı “Şeytana yaxın övlad” kimi təqdim edib.

Bu arada bir çox iqtidaryönümlü siyasətçi kimi deputat Sahib Alıyev də İsfəndiyar Vahabzadəni tənqid atəşinə tutub.

Millət vəkili öz feysbuk səhifəsində yazır: “İsfəndiyar Vahabzadə diplomat deyil, nə vaxtsa guya olub. Guya sözünü niyə işlətdiyimi az-çox savadı və informasiyası olan hər kəs yaxşı bilir. Və hamı da olmasa, bir çoxları onu da yaxşı bilir ki, Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi. 

YAP-çı deputatın qənaətincə, keçmiş səfirin hədəfi Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf, davamlı və ardıcıl şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi.

 

Teqlər